Braziliya millisinin baş məşqçisi Tite yığmanın lideri ilə bağlı açıqlama verib. Jurnalistlər təcrübəli mütəxəssisi iki seçim qarşısında qoyublar: Neymar, yoxsa Vinisius?
Fanat.Az xəbər verir ki, "The Guardian" Titedən belə sitat gətirib:
“Ən yaxşı oyunçunuz Neymardır, yoxsa Vinisius? Neymar Neymardır. O, bizim ən böyük ulduzumuz olaraq qalır. O, parlaq karyerası ilə gənc ulduzlar üçün işıq saçır. Neymarın böyüklüyü ondadır ki, o, bu uşaqların böyüməsi ilə bağlı hər şeyi başa düşür. Onları həmişə yüksəlməyə və böyüməyə təşviq edir. Zaman və təcrübə ona bu yetkinliyi verir".
Braziliya mətbuatı Neymarın bu il Qətərdə keçiriləcək dünya çempionatından sonra millidəki karyerasını başa vura biləcəyi barədə iddia səsləndirib. "Sambaçılar" G qrupunda Serbiya, İsveçrə və Kamerun milliləri ilə mübarizə aparacaq. Turnir noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.
Mirağa