"Torino"nun müdafiəçisi Qleyson Bremer "İnter"ə keçməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikolo Skira şəxsi "Twitter" hesabı üzərindən yayıb.
Mənbə Milan təmsilçisinin nümayəndələrinin bu həftə Turin klubunun rəsmiləri ilə görüşəcəyini vurğulayıb. Xəbərdə, 25 yaşlı braziliyalının artıq "İnter"lə müqavilə şərtlərini razılaşdırdığı da bildirilib. Cənubi amerikalının 5 illik anlaşmaya imza atacağı və hər mövsüm üçün 3 milyon avro maaş alacağı açıqlanıb.
Qeyd edək ki, Bremer son mövsümdə İtaliya çempionatında 33 matça çıxaraq 3 qol və məhsuldar ötürmə ilə yadda qalıb. 2018-ci ildə "Atletiko Mineyro"dan transfer edilən "sambaçı" öz mövqeyində A Seriyasının ən yaxşı futbolçusu seçilib.
Nihat