London "Arsenal"ının müdafiəçisi Kiran Tirni İspaniya nəhənglərinin transfer siyahısındadır.
Fanat.Az "The Scotsman"a istinadən xəbər verir ki, "Real Madrid" və "Barselona" 25 yaşlı futbolçu üçün təklif hazırlayır.
"Arsenal"ın Şotlandiya millisinin üzvünü satmağa hazır olduğu vurğulanıb.
Tirni "Seltik"in yetirməsidir. O, İngiltərə klubuna 2019-cu ildə transfer olunub. Arxa xətt oyunçusunun London təmsilçisi ilə olan müqaviləsinin müddəti 2026-cı ildə başa çatacaq.
Nihat