Dünyaca məşhur müğənni Britni Spirsin azarkeşlik etdiyi klubun adı məlum olub.
Fanat.Az xəbər verir ki, amerikalı sənətçi İngiltərə Premyer Liqasının son çempionu "Mançester Siti"nin fanatıdır.
Məlumatı "Daily Star" yayıb. Britaniya nəşri qeyd edir ki, 40 yaşlı müğənninin yeni evləndiyi həyat yoldaşı Sem Asqari "Mançester Siti" qatı azarkeşidir. Britni də bu səbəbdən sevgilisinin sevimli klubuna azarkeşlik etməyi seçib.
İddiaya görə, "Mançester Siti" rəhbərliyi Britni Spirsi gələn mövsüm "Etihad"a dəvət etməyi planlaşdırır.
Emin