"Visla Plotsk" klubunda çıxış edən Azərbaycan millisinin üzvü Anton Krivotsyuk karyerasını Polşada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, Ekstraklasanın son turlarında meydanda görünməyən müdafiəçinin Azərbaycana dönəcəyi proqnozlaşdırılsa da, o, hazırki klubunda qalmağı üstün tutub.
Millinin düşərgəsindən qayıtdıqdan sonra qısa müddət istirahət edən müdafiəçi "Visla"nın bugündən start verdiyi təlim-məşq toplanışına qoşulub. Qnevinoya yay təlim-məşq toplanışına yollanan Plotsk təmsilçisinin 34 nəfərlik heyətində Krivotsyukun da adı var.
"Visla" Qnevinoda iyunun 20-dən 29-dək hazırlıq keçəcəklər. Bu müddət ərzində üç yoxlama oyunu planlaşdırılıb. Birincisi gələn çərşənbə günü keçiriləcək ki. rəqibimiz "Çoynitse" olacaq. Üç gün sonra “Lexia Qdansk”, iyunun 28-də isə “Arka Qdina” ilə oyun planlaşdırılıb.
Qeyd edək ki, Polşada yeni mövsümün açılışı iyulun 17-də baş tutacaq. Krivotsyukun komandası turun açılış oyununda məhz “Lexia Qdansk”ı qəbul edəcək.
Mirağa