"Çelsi"nin idman direktoru Marina Qranovskaya klubu tərk etməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, bu barədə futbol insayderi Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, klubun yeni sahibi Todd Boeli bütün transfer danışıqları ilə özü məşğul ola biləcək. Bu səbəbdən Marinaya ehtiyac duyulmur.
Bundan əlavə Boelinin gəlişi ilə "Çelsi"da böyük dəyişikliklərin olacağı da gözlənilir.
Qeyd edək ki, Marina Qranovskaya 2003-cü ildən "Çelsi"də idman direktoru olaraq çalışır. Onu bu vəzifəyə klubun sabiq rəhbəri Roman Abramoviç gətirib.
Emin