Ötən gecə Avstriyaya təlim-məşq toplanışına yollanan "Qarabağ"ın hazırlıq çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblər müəyyənləşib.
Klubun mətbuat katibi Gündüz Abbaszadə bu barədə Fanat.Az-a məlumat verib.
Ağdam təmsilçisi ilk sınaq matçını iyunun 25-də Rumıniya təmsilçisi "Botoşani"yə qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da, Kössen stadionunda baş tutacaq.
"Köhlən atlar" ayın 29-da iki oyun keçirəcək. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv əvvəlcə saat 12:00-da Almaniyanın "Holştayn" komandası ilə gücünü sınayacaq. Son çempion günün ikinci yarısında, konkret saat 18:30-da Rumıniya "Universitatya Krayova"sı ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" I təsnifat mərhələsində Polşa "Lex"i ilə qarşılaşacaq. İlk oyun iyulun 7-də Poznanda keçiriləcək.
Mirağa