Zinəddin Zidanın PSJ-nin baş məşqçisi olacağı gözlənilsə də, fransalı mütəxəssis son anda fikrini dəyişib.
Fanat.Az xəbər verir ki, bu barədə "RMC Sport" kanalı məlumat yayıb.
Xəbərə görə, 49 yaşlı mütəxəssis DÇ-2022-dən sonra Didye Deşamın Fransa millisinin baş məşqçisi postundan getməsini gözləmək qərarına gəlib və bu səbəbdən PSJ-də işləməkdən imtina edib.
Zidan gələcəkdə PSJ-nin sükanı arxasına keçəcəyini istisna etmir, lakin hazırda bunun arzusunda olmadığı bildirilir.
Mənbə əlavə edir ki, ümumilikdə Zidan dünyanın yalnız dörd klubunda işləməyə hazırdır. Bunları PSJ, "Bayern Münhen", "Yuventus" və "Real Madrid"dır. Lakin o, İngiltərə Premyer Liqasında isə çalışmaq istəmir.
Emin