Cənubi Azərbaycanın "Traktor" klubu yeni baş məşqçisinin adını açıqlayıb.
Fanat.Az Təbriz klubunun rəsmi saytına istinadən xəbər verir ki, türkiyəli Ertuğrul Sağlamın istefasından sonra boş qalan posta Kurban Berdıyev təyin olunub.
70 yaşlı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmasa da, onun əsas komanda ilə yanaşı, klubun akademiyasına və bütün bütün yaş qruplarına nəzarət edəcəyi vurğulanıb.
Qeyd edək ki, Kurban Berdıyevin son klubu Qazaxıstanın "Kayrat" klubu olub.
Mirağa