İspaniya La Liqasında iştirak edəcək sonuncu klub müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 2022/2023 mövsümü üçün sonuncu vəsiqəni “Jirona” qazanıb.
Kataloniya təmsilçisi Sequndanın pley-off oyunlarında “Tenerife”yə qalib (0:0, 3:1) gələrək elitaya yüksəlib.
“Jirona” 2018/2019 mövsümünün sonunda 18-ci yeri tutaraq aşağı liqaya yuvarlanmışdı.
Xatırladaq ki, daha öncə “Almeriya” və “Valyadolid” La Liqaya vəsiqə əldə etmişdi.
Mirağa