"Napoli" klubu üç futbolçusunu satmaq istəyir.
Fanat.Az "Il Mattino"ya istinadən xəbər verir ki, siyahıya cinah hücumçusu Matteo Politano, yarımmüdafiəçilər Fabian Ruis və Dieqo Demme daxildir.
Neapollular sözügedən futbolçuların transferindən 80 milyon avro qazanmaq niyyətindədirlər.
Hələlik "Arsenal"ın "Napoli"nin hücumçusu Politano üçün 20 milyon avro ödəməyə hazır olduğu bildirilir.
Mirağa