İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Kieron Dayer səhhətində yaranan ciddi problem barədə danışıb.
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, 43 yaşlı eks-futbolçunu qaraciyər transplantasiyası gözləyir.
“Hər gün halım pisləşir, amma bilirəm ki, yeni qaraciyər almaq üçün daha bir neçə ay gözləməli olacağam. Donorlar azdır", deyə Dayer açıqlamasında bildirib.
Kieron Dayer "Nyukasl", "Vest Hem", "QPR" və "Midlsbro" kimi klublarda forma geyib. 2002-ci il Dünya Kuboku və Avro-2004-də İngiltərə millisinin heyətində iştirak edib.
Emin