“Naxçıvanda əsl futbol ab-havası var. Hamı sabahkı oyundan danışır”. Bu sözləri Fanat.az-a açıqlamasında “Araz Naxçıvan”ın hücumçusu Fərid Quliyev deyib.
2009/10 mövsümündə Premyer Liqanın bombardiri olmuş forvard ölkə kubokunun 1/4 finalının ilk oyununda uğurlu nəticə qazanacaqlarına inandığını deyib: “Xəzər Lənkəran” kağız üzərində cütün favoritidi. Biz isə yerli azarkeşləri sevindirmək üçün əlimizdən gələni edəcəyik. Uğurlu nəticə qazanacağımıza inanıram. Tribunaların dolacağı dəqiqdi. Məğlub etmək olarmı? Əlbəttə. Meydana çıxan oyunçu maksimum nəticə haqda fikirləşməlidi. “Araz” hələ öz meydanında uduzmayıb”.
Fanat.az