PSV-nin baş məşqçisi Rud van Nistelroy rəhbərliyə heyətdə görmək istədiyi hücumçunun adını açıqlayıb.
Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, bu "Sevilya"nın forvardı Lük de Yonqdur.
Ötən mövsüm icarə əsasında "Barselona"da çıxış edən de Yonqun keçidini əngəlləyə biləcək yeganə səbəb "Sevilya"nın Niderland klubundan 6 milyon avro istəməsidir. PSV bu məbləğin azaldılması üçün Əndəlüs təmsilçisi ilə danışıqları davam etdirir.
31 yaşlı Lük 2014-2019-cu illər aralığında PSV-də çıxış edib. Niderland millisinin üzvü ötən mövsüm "Barselona" formasıyla çıxdığı 29 qarşılaşmada 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat