Adı “Neftçi” ilə hallanan Yuri Vernidub Ukraynanın “Krivbas” klubunun baş məşqçisi təyin olunub.
Fanat.Az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Onunla 3 illik müddətə nəzərdə tutulan müqavilə imzalanıb.
Vernidub “Neftçi”nin baş məşqçisi vəzifəsinə əsas namizədlərdən olsa da, o, müharibə şəraitində olan Ukraynanı tərk etmək istəməyib.
Mirağa