FİFA qadın futbolunun müasirləşdirilməsi layihəsi hazırlayıb.
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, layihənin məqsədi transgender qadınların (kişidən qadına çevrilmiş) zərif cinsin nümayəndələrindən ibarət komandalarında iştirakını asanlaşdırmaqdır.
Qeyd olunur ki, FİFA transseksuallar üçün testosteron həddini aradan qaldırmağı və onların öz şəxsiyyətinə uyğun olaraq yarışlarda iştirakına icazə verməyi planlaşdırır.
Hazırda islahatın yekunlaşdırılması və qəbulu üçün məsləhətləşmələr aparılır.
Layihə qüvvəyə minərsə, transgender qadınlar dünya çempionatı və digər beynəlxalq yarışlarda qadın komandalarında oynamaq hüququ qazanacaqlar.
Emin