Avropa çempionatının C divizionunda mübarizə aparacaq 18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisinin oyunlarının təqvimi açıqlanıb.
Fanat.Az xəbər verir ki, B qrupunda yer alan yığma ilk matçını iyulun 25-də Lüksemburqa qarşı keçirəcək.
Komandamız bir gün sonra Cəbəllütariqlə, iyulun 27-də isə Ermənistanla münasibətlərinə aydınlıq gətirəcək.
C divizionu
B qrupu
II tur, 25 iyul
14:30. Azərbaycan – Lüksemburq
III tur, 26 iyul
19:00. Cəbəllütariq – Azərbaycan
IV tur, 27 iyul
19:00. Azərbaycan – Ermənistan
V tur, 28 iyul
14:30. Moldova – Azərbaycan
Qeyd edək ki, qrupda ilk iki yeri tutan komanda yarımfinala yüksələcək.