Çempionlar Liqasında 2022-2023-cü illər mövsümünə start verilib.
Fanat.Az xəbər verir ki, bu gün ilkin seçmə mərhələnin yarımfinal oyunları keçirilib.
Günün ilk qarşılaşmasında San Marinonun "La Fiorita" öz meydanında Andorranın "İnter Eskaldes" komandasını qəbul edib. Matç qonaqların qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Günün digər matçında isə Estoniya "Levadiya"sı İslandiya "Vikinqur"unu qonaq edib. Bakı vaxtı ilə 23:30-da start götürən görüşdə islandlar 6:1 hesabı ilə qalib gəliblər.
Beləliklə, finalda "İnter Eskaldes" ilə "Vikinqur Reykyavik" üz-üzə gələcək. Həlledici oyun iyunun 24-də gerçəkləşəcək.
Qeyd edək ki, ilkin mərhələnin qalibi növbəti raundda İsveç "Malmö”sü ilə qarşılaşacaq.
Çempionlar Liqası
İlkin seçmə mərhələ
Yarımfinal
21 iyun
"La Fiorita" (San Marino) - "İnter Eskaldes" (Andorra) 1:2
Qollar: Rinaldi, 45+2 - Soldevila, 55, 66.
"Levadiya" (Estoniya) - "Vikinqur Reykyavik" (İslandiya) 1:6
Qollar: Beqlarişvili, 6 - Makleqan, 10, İnqason, 27, Siqurdsson, 45, Xansen, 49, Qudyonsson, 71, Maqnusson, 77.