İtaliya A Seriyasının debütantı "Montsa" gələn mövsüm üçün heyətini gücləndirir.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-ağlar" "İnter"in müdafiəçisi Andrea Ranokkyanı heyətinə qatıb.
34 yaşlı müdafiəçinin "İnter"lə müqaviləsinin müddəti iyunun sonunda başa çatacağı üçün "Montsa" onu azad agent kimi əldə edib.
Ranokkya "Montsa" ilə 2024-cü ilə qədər müqavilə imzalayıb. "Milan"ın keçmiş prezidenti Silvio Berluskoninin sahibi olduğu klub üçün bu, A Seriyasına yüksəldikdən sonra ilk rəsmi transferdir.
Ranokkya 2010-cu ildən "İnter"in oyunçusudur. Bu müddət ərzində bir neçə klubda icarə əsasında çıxış edib.
Mirağa