Azərbaycanın basketbol üzrə U-18 yığma komandasının Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışı davam edir.
Fanat.Az xəbər verir ki, Avropa çempionatına hazırlıq məqsədi daşıyan təlim-məşq toplanışı çərçivəsində millimiz “Kadikoy CSKA" komandasının qonağı olub və qarşılaşmadan 73:68 hesabı ilə qalib ayrılıb.
Komandamızın ən məhsuldar basketbolçusu 21 xalla Əli Həsənov olub. Hüseyn Qasımov oyunu 15 xal, Səid İsmayılov isə 13 assist ilə tamamlayıblar.
Qeyd edək ki, bu, millimizin toplanış çərçivəsində üçüncü matçı olub. Yığma daha əvvəl yerli "Darruşafaka U-18" və "Dostluk" kollektivləri ilə görüşləri üstün başa vurub.