Patrik Andrade “Qarabağ”dan rəsmən ayrılıb.
Fanat.Az xəbər verir ki, Kabo-Verde millisinin yarımmüdafiəçisi bu barədə "Instagram" səhifəsində paylaşım edib.
29 yaşlı futbolçu "Qarabağ"a təşəkkürünü çatdırıb: "Yaşadıqlarıma və xoşbəxt olmaq üçün əldə etdiyim imkanlara görə minnətdaram. Bu iki il ərzində məni necə qarşıladıqlarına, öyrəndiyim, təkamül etdiyim və fəth etdiyim hər şeyə görə bütün komanda yoldaşlarıma, məşqçilərə, əməkdaşlara və klub azarkeşlərinə təşəkkürümü bildirirəm.
Təşəkkürlər "Qarabağ" ailəsi, mən sizi dəstəkləməyə davam edirəm!"
Andradenin yeni klubu da məlumdur. O, Serbiyanın “Partizan” klubu ilə anlaşıb. Artıq məşhur "Transfermarkt" da Patriki Belqrad təmsilçisinin futbolçusu kimi göstərib.
Mirağa