Moskvanın MOİK və Fransanın "Lill" klubları ötən ilin yazında icarə əsasında ordu klubunda çıxış edən yarımmüdafiəçi Yusuf Yazıcının transferi ilə bağlı razılığa gələ bilməyib.
Fanat.Az "SV Pressa" saytına istinadən xəbər verir kİ, hazırda Fransa təmsilçisi türk yarımmüdafiəçi üçün yeni klub axtarır.
Tanınmış türkiyəli jurnalist Yunus Əmrə Sel isə öz "Twitter" hesabında Yazıcının böyük ehtimalla, çıxışını Rusiya çempionatında davam etdirəcəyini yazıb.
Mənbənin məlumatına görə, futbolçunun yeni klubu onun transferi üçün "Lill"ə 12 milyon avro ödəyəcək, yarımmüdafiəçinin özünə isə yüksək maaş verəcək. Ehtimal olunur ki, söhbət Moskva klublarından gedir.
Emin