11:48 22.06.2022 320

"İmarət" stadionunun yerində cıdır meydançası salınacaq

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov UEFA-nın nüfuzlu yarışlarında hər mövsüm iştirak edən “Qarabağ” klubunun stadionun inşası ilə bağlı məsələyə aydınlıq gətirib.

APA-ya danışan Emin Hüseynov bildirib ki, Ağdamın klubu Azərbaycan xalqının rəğbətini qazanıb, böyük qələbələr qazanan, Qarabağı dünyada tanıdan komandadır.

Prezidentin xüsusi nümayəndəsi deyib ki, məşhur İmarət stadionu Pənahəli xan İmarətinin yerləşdiyi ərazidədir:

“Bu stadion 1952-ci ildə inşa edilib. Stadionun inşa edildiyi ərazi vaxtilə Pənahəli xanının atlarını gəzdirdiyi, nümayiş etdirdiyi bir ərazi idi. Pənahəli xan qonaqları gələndə orada özünün Qarabağ atlarını onlara göstərirdi. Biz şəhərin Baş Planında həmin ərazinin məhz cıdır, yəni at meydançası kimi bərpa olunmasını nəzərdə tuturuq. Stadionun isə müasir, idman məhəlləsi adlandırdığımız ayrı bir yerdə inşa edilməsini planlaşdırırıq. İlkin olaraq 15 min nəfərlik stadionunun inşası planlaşdırılır. Sırf futbol idman növü üçün nəzərdə tutulan stadionla yanaşı məhəllədə həm Olimpiya kompleksi, həm də Yay İdman Məktəbi və futbolçuların təlim məşq toplantı bazası kimi infrastruktur obyektlərinin tikilməsi nəzərdə tutulub. Layihə böyükdür və çox vacib layihələrdən biridir. Bu, təkcə Ağdam sakinləri üçün deyil, bütövlükdə Azərbaycan xalqı üçün mühüm layihələrdəndir və buna görə də bu layihəyə çox diqqətlə yanaşırıq.

Bu istiqamətdə Gənclər və İdman Nazirliyinin böyük təşəbbüsləri var. Nazirliyə əməkdaşlığa görə minnətdarıq. Hazırda onlar tərəfindən bir neçə variantda konsepsiya təqdim olunub və konsepsiyanın dəqiqləşdirilməsi üzərində iş gedir. Növbəti mərhələdə yəqin ki, işçi layihəsi hazırlanacaq. Bu elə məsələdir ki, burada dövlətlə yanaşı, həm klubun rəhbərliyi, həm klubun məxsus olduğu şirkət, eyni zamanda, digər özəl sektor nümayəndələri də tərəfdaş kimi iştirak edə bilərlər. Bu, təkcə dövlət tərəfindən həyata keçiriləcək bir layihə olmamalıdır. Ona görə də özəl sektoru da bu işə cəlb etmək üçün artıq onlarla müzakirələrə başlamışıq. Yaxın dövr ərzində – birinci mərhələdə ən vacib layihələr sırasında bu layihə də icra olunacaq”.
 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

Facebookdan bizi izləməyi unutmayın.
X