ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı azərbaycanlı futbolçu və futbol məşqçisi Vəli Qasımov olub.
Fanat.Az xəbər verir ki, Ədalət Şükürov studiyaya zəng vuraraq Vəli Qasımovla ispanca danışıb.
Daha sonra müğənni ispan dilini necə öyrəndiyini qeyd edib: “İspan dilini Sankt-Peterburqda öyrənmişəm, amma Bakıya qayıdanda danışmağa adam tapmıram. Çox istəyərdim Vəli müəllim bu dili unutmasın. Dünyada ikinci dildir”.