14:09 22.06.2022 670

"Qarabağ"ın yeni "8 nömrə"si Patriki unutdura biləcəkmi? - TƏHLİL

Azərbaycana gəlib-getmiş ən səviyyəli futbolçulardan birinin - Patrik Andradenin mövsümün sonunda "Qarabağ"dan ayrılması şübhəsiz ciddi itki sayılır. Hətta Kabo-Verde millisinin üzvünün 3 il formasını geyindiyi Ağdam təmsilçisindən Çempionlar Liqası ərəfəsində getməsi müəyyən bədbinlik yaratmışdı.

"Görəsən "Qarabağ"ın yeni "8 nömrə"si kim olacaq", "köhlən-atlar" 6 nömrəli futbolka ilə əsl "8"in nə demək olduğunu uğurlu şəkildə göstərən Patrikə vaxtında əvəzləyici tapa biləcəkmi" və buna bənzər suallar "Qarabağ"sevərlərin beyninə hakim kəsilmişdi. Artıq ağdamlılar Monteneqro millisinin yarımmüdafiəçisi Marko Yankoviçlə 3 illik müqavilə bağlayıb. Şübhəsiz, yetərincə tanınmış adlardan olan Yankoviçi həm avrokubok matçlarında, həm də daxili yarışlarda izləmək imkanımız olacaq. Bu gün üçün yalnız çoxsaylı videogörüntülər sayəsində müəyyən fikirlər səsləndirə, müqayisələr apara bilərik.

Daha gənc, daha ümidverici

Futbolda yaş amili kifayət qədər böyük rol oynayır. 29 yaşlı Andradenin karyerasının ən yaxşı dönəmini "Qarabağ"da keçirdiyi bəlli məsələdir. Məhz Azərbaycan təmsilçisində özünü yaxşı tərəfdən göstərə bildiyi üçün Kabo-Verde yığmasına dəvət alan Patrikin Qurbanovun rəhbərliyi altında yeni inkişaf mərhələsinə qədəm qoyduğu faktdır. 

1995-ci ilin 9 iyul tarixində doğulan Marko əvəzləyəcəyi həmkarından daha gəncdir. Düzdür, monteneqrolu "Qarabağ"dan öncə də səviyyəli klubların uğurları üçün çalışıb. Məsələn, Serbiya "Partizan"ının yetirməsi Yunanıstan "Olimpiakos"una satılandan sonra Sloveniya "Maribor"unda icarədə olub, ardından geri qayıdaraq Belqrad təmsilçisinin əsas heyətində möhkəmlənib. Yarımmüdafiəçinin 2016-2019 aralığında Serbiyanın flaqmanında 68 oyuna çıxması (9 qol vurub) sıradan məqam deyil. Təbii, daha sonra 1,8 milyon avro qarşılığında keçdiyi SPAL-la A Seriyasında İtaliya nəhənglərinə qarşı mübarizə aparan Yankoviçin sözügedən ölkədə təcrübəsini inamla artırdığını, bir qədər də püxtələşdiyini söyləmək olar. Futbolçunun "Krotone"dəki qısa icarə dönəmini, Yerusəlim "Beytar"ından Təl-Əviv "Hapoel"inə aparan yolunu dərinliklərinə qədər incələmək ayrıca yazı mövzusudur. Ancaq görünən budur ki, qarşıdakı 3 ildə Yankoviç "Qarabağ" tarixinin ən yaddaqalan legionerlərindən biri statusunu qazana bilər. Bunu həm sözügedən futbolçunun oyun tərzinə, həm 26 yaşa qədər topladığı böyük təcrübəyə görə iddia etmək mümkündür. Həm də ən sadə məntiqlə, daha gəncdirsə, daha ümidvericidir.

Bəstəboy solaxayın zəif cəhətləri də var

Solaxay Yankoviçin istər meydanı görmək, istərsə də kreativ ötürmələr vermək məharəti təqdirəlayiqdir. 172 santimetr boya malik monteneqrolunun hava mübarizələri zamanı zəif təsir bağışlaması isə təbii qarşılanmalıdır. Əslində Andrade də xüsusi fiziki göstəriciləri ilə fərqlənmirdi. Ancaq orta boylu kabo-verdeli belə desək, "ikinci mərtəbə"də öz toplarını 80 faiz hallarda götürə bilirdi. Bu mənada Markonun Patrikdən geri qaldığını söyləməyə məcburuq. Yankoviç Qurban bəyin güvəndiyi 4-2-3-1 düzülüşündə "6 nömrə" funksiyasını yerinə yetirən Qara Qarayevlə birlikdə yarımmüdafiənin mərkəzində yer almaq üçün transfer edilib. Belədə, "Qarabağ"ın rəqiblərinin ikinci zonaya  daha çox hava ötürmələri göndərəcəyini proqnozlaşdırmaq asandır. Hərçənd çevik, yeri gəldikcə sağ ayağından da istifadə etməyi bacaran yeni futbolçunun üstünlükləri hesabına çatışmazlıqlarını sığortalamaq şansı da var. Onun necə təlimatlandırılmasından, oyunçudan nə tələb edilməsindən də çox şey asılıdır. 

Uyğunlaşma vaxt aparacaqmı?

Yankoviç müxtəlif ölkələrdə oynamış futbolçudur və formasını geyindiyi komandalarda sabit oyun sərgiləyib. Bu məqamı əsas götürsək, adaptasiya sarıdan ciddi problem yaşamayacağını güman etmək olar. Digər tərəfdən, Markonun adaşı, həmyerlisi və millidəki komanda yoldaşı Veşoviç də "Qarabağ"dadır. Yəqin ki, onun Ağdam klubuna keçməsini şərtləndirən əsas amillərdən biri məhz Veşoviçin klub barədə verdiyi informasiyadır.

Bizə gözləmək qalır

Yazının girişində də qeyd etdiyimiz kimi, proqnozların öz əksini yaşıl meydanlarda tapıb-tapmayacağı zaman məsələsidir. Bunun üçün öncə Marko əsas heyətdəki yeri haqq etdiyini Qurbanova sübut etməli, Riçard Almeydanı ehtiyata göndərməli və bəzi qarşılaşmalarda vinger mövqeyində də işə yaradığını ortaya qoymağı bacarmalıdır. Bizlərə yenə də gözləmək qalır.

Nihat

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

Facebookdan bizi izləməyi unutmayın.
X