Qazaxıstan yığmasının futbolçusu Aybol Abikenin dopinqə görə cəzası məlum olub.
Fanat.Az xəbər verir ki, bu barədə “Sportradar.kz” teleqram kanalı məlumat yayıb.
İlin əvvəlində "Aksu"ya icarəyə verilən “Kayrat”ın futbolçusu FİFA tərəfindən üç illik diskvalifikasiya olunub.
Qazaxıstan yığmasının üzvü mayın əvvəlində Millətlər Liqasında Moldova ilə pley-off mərhələsinin oyunları öncəsi dopinq testi müsbət çıxıb. Futbolçunun qanında Mildronat aşkar edilib. Bu günlərdə “B” testi də müsbət çıxıb.
Bu, Qazaxıstan millisində üçüncü haldır. 2020-ci ildə milli komandanın kapitanı Bauyrjan İslamxan dopinq qəbul etdiyinə görə iki il müddətinə diskvalifikasiya olunub. 2021-ci ildə isə Ruslan Valyullin də eyni müddətə futboldan uzaqlaşdırılıb.
Mirağa