Azərbaycan millisinin qapıçısı Emil Balayevin çıxış etdiyi Qazaxıstanın “Turan” klubu büdcəsini azaltdıb.
Fanat.Az xəbər verir ki, Türküstan təmsilçisinin mətbuat xidməti bu haqda rəsmi açıqlama yayıb:
“Turan” futbol klubu büdcəni optimallaşdırır. Rəhbərlik klubdakı iqtisadi vəziyyəti nəzərə alaraq büdcəyə yenidən baxmaq qərarına gəlib.
Dövlət büdcəsindən maliyyələşmə limitinə görə hazırda “Turan” futbol klubunun 2021-ci il üçün kreditor borcu yaranıb. Bundan əlavə, sponsor ölkədəki iqtisadi vəziyyətə görə kluba dəstək verə bilməyəcəyini bildirib.
Bu səbəbdən klub rəhbərliyi büdcəni optimallaşdırmaq qərarına gəlib və futbolçuların maaşlarının azaldılmasını təklif edib. Klubla müqaviləsi olan məşqçi və futbolçularla bağlı vəziyyət fərdi qaydada həll edilir. Bu tədbirlər nəticəsində gənc oyunçulara daha çox şans veriləcək. Klub akademiyanın və gənclər komandasının işinə dəstək olmağı lazım bilib.
Hazırda iqtisadi vəziyyət məsuliyyəti bizim üzərimizə qoyur. Ona görə də azarkeşlərimizi vəziyyəti başa düşməyə və klubun qərarını dəstəkləməyə çağırırıq".
Mirağa