“Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyev komandaya qayıdıb.
Fanat.Az xəbər verir ki, 28 yaşlı futbolçunun “Şamaxı” klubu ilə icarə müqaviləsi başa çatıb.
Rəhman “Neftçi”də 17 nömrəli formanı geyinəcək.
“Neftçi” ilə 2023/24 mövsümünün sonunadək müqaviləsi olan Hacıyev 2014-2020-ci illər ərzində bu komandanın heyətində 166 oyuna çıxaraq 16 qol vurub.