15:07 23.06.2022 1296

Futbolçularımızın əvəzolunmaz bərbəri: \"Krivotsyuk Polşadan yanıma gəlir\"

İllər keçdikcə saç düzümü qadınlarda olduğu kimi, kişilərdə də fərdi stilini, zövqünü nümayiş etdirmək tərzinə çevrilib. Xüsusilə də cəmiyyətin gözü önündə olan kişilər daha çox imiclərinə diqqət yetirməli olurlar. 

Misalçün, idmançılar... Hətta dünyanın ən tanınmış markaları belə, hazırda reklam çarxlarında aktyor və modellərdən çox ulduz futbolçulara üstünlük verirlər. Elə Azərbaycanda da artıq bir sıra reklam çarxlarında yerli futbolçuları görə bilərik. İstər çəkildikləri reklam çarxlarında, istər gündəlik həyatda, istərsə də yaşıl meydanlarda futbolçularımızı özünəməxsus imiclə diqqət çəkir. 

Bugünkü müsahibəmiz Azərbaycanda çıxış edən bir çox yerli və əcnəbi idmançıların baxımlı saç düzümünün memarı Seymur Həsənovdur. 

15 ildir bərbər olaraq çalışan Seymur bəy futbolçuların əvəzolunmaz saç ustasıdır. Hətta Namik Ələskərov Türkiyədə, Anton Krivotsyuk Polşada saçını başqa bərbərə əmanət etməyib Bakıda onun yanına gəliblər. 

Seymur ustanın Fanat.Az-a müsahibəsini təqdim edirik: 

- Eşitdiyimə görə ölkənin bir çox tanınmış futbolçuları sizin xidmətinizdən yararlanır. Adlarını qeyd edə bilərsiniz? 
- Bəli, həm futbolçular, həm də başqa növlərdən olan idmançılar yanıma gəlir. 

Reynaldo, Miçel, Pedro Enrike, ümumiyyətlə, "Qarabağ"a gəlib-getmiş futbolçuların 99 faizi mənim yanıma gəlib. Düzdür, son vaxtlar gələn yoxdur, o da iş yerimi dəyişmişəm deyə. Əvvəl "Port Baku" tərəfdə işləyirdim, indi isə çalışdığım salon İnqilabdadır. Amma "Neftçi"nin yeni transferlərindən başqa, bütün heyəti mənim yanıma gəlir. "Zirə"dən isə Ruslan Abışov ilə Anar Nəzirov müştərimdir. 

Onu da qeyd edim ki, "Zirə" və "Sabah"la danışığımız olub. Bu ildən etibarən  futbolçuların saçlarını gedib bazada kəsəcəyəm. Oyundan bir-iki gün öncə gedəcəm bazaya. Çünki ora getmək onlara da rahatdı, mənə də. Bazada bütün futbolçuların saçını kəsməyə 4-5 saat mənə bəs edər. Amma salonda digər müştərilərin olması, gəlib gözləmələri onlara rahat deyil. 

Namik Ələskərov və Ruslan Abışov hələ  "Neftçi"də oynadıqları vaxtdan yanıma gəlirlər. Hətta Namik Türkiyədə oynadığı vaxtlarda orada saçını düzəltdirmirdi. Anton Krivotsyuk da Polşada saçını düzəltdirmir. Ancaq 1-1,5 aydan bir Bakıya ailəsinin yanına gələndə mənim də yanıma gəlir.  

- İlk dəfə hansı idmançı müştəriniz olub? 
- İlk müştərim Reynaldo olub. Ondan sonra Miçel ilə Patrik Andrade gəlib. 

- Elə hal olub ki, hansısa futbolçu digər futbolçuya sizin yanınıza gəlməyi məsləhət görüb? 
- Demək olar ki, əksəriyyəti elə olub. İlk vaxtlarda təsadüfən kimsə yanıma gəlib, ya da kimsə məsləhət görüb. Ondan sonra isə məşqlərdə bir-birinin saçını bəyənərək öz aralarında məni məsləhət görüblər. 

- Ümumiyyətlə, özünüz futbolla və ya digər idman növləri ilə maraqlanırsınız? Müştəriniz olan idmançılarla söhbət edirsiniz? 
- İdmançının məşğul olduğu növdən asılı olmayaraq söhbət edirəm, çıxış etdikləri yarışlarla bağlı maraqlanıram. Onların məşq prosesi çox çətindir. Peşəkar şəkildə olmasa da, futbol oynadığımı deyə bilərəm. Uşaq vaxtı isə karate ilə məşğul olmuşam. Düzdür, mən o qədər əziyyət çəkməmişəm, amma onların işinin çətinliyini başa düşürəm. Döyüş növləri ilə də maraqlanıram, amma ən çoxu futbolu sevirəm. Hər dəfə yanıma gələn futbolçularla ölkə və xarici futbolu müzakirə edirəm. Bütün əsəblərini pozuram (gülür)...

- Bəs azarkeşi olduğunuz klub hansıdır? 
- Mənim üçün ən vacıb olan milli komandamızdır. İstərdim nailiyyətləri olsun. Klublarımızın da hamısı doğmadı, amma ən yaxşıları "Qarabağ" və "Neftçi"dir. Çünki bəyəndiyim futbolçular o klublarda çıxış ediblər. İndi fərqli komandalara keçənləri olsa da, bir vaxtlar bu klublarda oynayanda bəyənmişəm onları. 

- Elə olub ki, idman arenalarından bəyəndiyiniz kimsə müştəri qismində çalışdığınız yerə gəlib və bu sizə sürpriz olub?
- Əlbəttə ki, olub. Misalçün, MMA döyüşçüsümuz Tofiq Musayevi izləyirdim. Elə oldu ki, Tofiqin toyu günü saçını mən düzəltdim. Kimsə məni ona məsləhət görmüşdü. Beləcə münasibətimiz yarandı. İndiyə kimi də mənim yanıma gəlir. Hətta hazırda Tofiqlə məşq edirəm. Digər MMA döyüşçüləri də yanıma gəlir. 

Futbolçulardan isə "Qarabağ"da çıxış edən Reynaldo və Miçelin oyununu çox bəyənirdim. Onlar da yanıma gəldi. Yerlilərdən isə Ruslan Abışovu millinin kapitanı olanda və "Neftçi"də oynadığı vaxtlarda bəyənirdim. Onu da tanımaq mənim üçün çox xoş oldu. Bunu həmişə özünə də demişəm. 

- Müştəriniz olan futbolçulardan stilini bəyəndiyiniz, ən gözəl saçlara sahib olan kimdir?
- Bir çoxunun saçı yaxşıdır, amma ən çox Ruslan Abışovu bəyənirəm. Çünki həm özünə yaraşır, həm də mənə rahatdır. Zövq alaraq saçını kəsirəm.

- Ən kaprizli olanı kimdir?
- Rəhman Hacıyev

- Ən əliaçıq olan kimdir?
- Namik Ələskərov, Ömər Buludov.

- Ən xəsis olan kimdir?
- Anton Krivotsyuk (gülür)...

- Aralarından dostluq etdiyiniz kimsə varmı?
- Düzü, çox dostun olmasını xoşlamıram. Bir neçə nəfər ən yaxnım olsun. Ancaq futbolçularla münasibətim normaldır. Zarafat da edirik, deyib-gülürük... Hər biri ilə yaxın münasibətim var. Misalçün, Rəhman Hacıyevlə müştərim olmasından əlavə kənarda da münasibətimiz var. Vaxt olduqda oturub çay içir, söhbət ediirk. Ruslan Abışovla da çox yaxınam. Ömər Buludov və Namik Ələskərovun evlərinə də gedib-gəlirəm. Yəni 15-20 nəfər futbolçu arasından ən yaxın olan qeyd etdiyim bu 3-4 nəfərdir. 

Röya Kərimli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 İyul 2025
22:51

"Beşiktaş" axtardığını Almaniyada tapıb.

22:38

"Mingəçevir" bu legioneri transfer edir

22:31

"Zirə"nin futbolçusu dənizdə batdı

22:10

"Kristal Pelas"dan böyük səhv

21:35

"Qarabağ" Mərakeş millisinin futbolçusunu transfer etdi

21:05

"Neftçi" Polşada ilk yoxlama görüşünü keçirib

20:41

"Qalatasaray" ulduz müdafiəçini transfer edir

20:19

Mourinyu daha 2 futbolçunu göndərir

20:19

“Araz-Naxçıvan” Türkiyədəki sonuncu yoxlama görüşündə qələbəyə sevinib

19:46

Qvardioladan radikal qərar - 8 futbolçu ilə yollar ayrılır

19:05

"Qalatasaray" "Real Madrid"in ulduzuna elçi düşüb

18:50

Sanço İtaliya nəhəngi ilə anlaşıb

18:14

"Fənərbağça"ya PSJ-dən üçüncü transfer

17:51

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

Cerrard baba oldu

17:19

ÇL: “Qarabağ”ın 2-ci təsnifat mərhələsindəki oyunlarının vaxtı açıqlandı

16:55

Universiada: 2-si pley-offa yüksəldi, 1-i mübarizəni dayandırdı

16:37

"Araz-Naxçıvan" "Trabzonspor"la üz-üzə

16:19

Stolüstü tennis yığması Universiadada mübarizəyə başladı

16:00

PFL legioner limiti ilə bağlı qaranlıq məqama aydınlıq gətirdi - AÇIQLAMA

15:41

Tanınmış qapıçı karyerasını bitirdi

15:23

"Barselona"nın sabiq yarımmüdafiəçisi "Qarabağ"da? - SON DURUM

15:05

AFFA rəsmisi Almaniyada “Future Leader in Football 2025" proqramına qatıldı

14:47

"Quba" baş məşqçisi ilə yollarını ayırdı

14:29

"Mingəçevir"dən ayrılan vinger bu kluba keçdi

14:11

Tahir Süleymanov: "Birlik və düzgün planlama uğurun əsas açarıdır"

13:52

AL: İkinci mərhələnin iştirakçıları müəyyənləşir

13:33

"Neftçi" yeni formasını "Zəfər Günü"nə həsr etdi - VİDEO/FOTOLAR

13:17

"Sele"ni Sloveniyada yenmək mümkünsüz deyil"

12:59

"Neftçi" Polşada ilk sınaq matçına çıxır

12:41

Kamal Quliyev çempionun 3 futbolçusunu komandasına cəlb etdi

12:22

Premyer Liqa hakimləri üçün VAR kursları keçirilir

12:04

KL: Birinci mərhələyə yekun vurulur

11:45

Bombardir "Şəmkir"dən pulunu ala bilmir: "AFFA-ya şikayət edəcəm"

11:26

Kanalda batan Dəniz ölkə çempionu imiş - FOTO

10:50

Azərbaycanın daha bir boksçusu Avropa birinciliyində medal qazandı

10:32

Levandovskinin yeni baş məşqçisinin kimliyinə aydınlıq gəldi

10:13

"Belqrad"a keçəcəyi gözlənilən qapıçı "İmişli"də? - AÇIQLAMA

09:51

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

Neymarın ilk qolu 3 xal qazandırdı, sabiq "Qarabağ"lı sonda yada düşdü

Facebookdan bizi izləməyi unutmayın.
X