Azərbaycanın yunan-Roma güləşçisi Ülvi Qənizadə (72 kq) İtaliyanın paytaxtı Romada keçirilən Matteo Pellikone turnirində final görüşünə çıxa bilməyib.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, 24 yaşlı idmançı əvvəlki mərhələdə zədələndiyindən, litvalı Kristupas Sleiva ilə həlledici görüşü buraxmalı olub.
Beləliklə, yunan-Roma güləşçilərimiz reytinq turnirini
4 qızıl, 3 gümüş, 2 bürünc medalla başa vurub.
***
Azərbaycanın yunan-Roma güləşçisi Ülvi Qənizadə İtaliyanın paytaxtı Romada keçirilən Matteo Pelikone turnirində finala yüksəlib.
Fanat.Az xəbər verir ki, 72 kiloqram çəki dərəcəsində yer alan idmançı mübarizəyə 1/8 finaldan start verib. Bu mərhələdə macarıstanlı Kristian İstvan Vançanı yenən (5:1) Qənizadə ardınca, müvafiq olaraq, Valentin Petiçi (Moldova) 5:1, Haavard Yorgenseni (Norveç) isə 3:1 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.
Həlledici görüşdə onun rəqibi litvalı Kristupas Sleiva olacaq.
Qeyd edək ki, Azərbaycan yunan-Roma reytinq güləşçiləri turnirinin ilk günündə 4 qızıl, 2 gümüş, 2 bürünc medal qazanıb.