"Xəzər Lənkəran"la kubok oyununa daha diqqətlə hazırlaşmağa çalışırıq. Başa düşürük ki, oyun çətin olacaq. Lakin heç bir rəqibdən qorxmuruq". Fanat.az xəbər verir ki, bu sözləri "Araz"ın baş məşqçisi Əsgər Abdullayev deyib.
Baş məşqçi evdəki matçda sərfəli nəticə qazanmaq istədiklərini bildirib: "Kubok mübarizələri iki oyundan ibarət olduğu üçün hər bir görüşün ayrı hökmü ola bilər. “Xəzər Lənkəran” güclü komandadı. Heyət və oyun baxımından Premyer Liqanın güclü klublarından biridi. Çempionatda yaxşı çıxış etməməsi bizi aldatmamalıdı. Mustafa Dənizlinin heyətində kifayət qədər təcrübəli və istənilən oyunun taleyini həll edəcək futbolçular var. Doğma Naxçıvanda sərfəli nəticə qazanmağa iddialıyıq".
Fanat.az