"Qarabağ" Braziliyanın "Nautiko" klubunun futbolçusu Rhaldneylə anlaşıb.
"Report" agentliyi bu gün "ne45.com.br" saytına istinadən sözügedən xəbəri yayımlayıb.
24 yaşlı yarımmüdafiəçinin iyulun 1-dən "köhlən atlar"a qoşulacağı bildirilir. Mənbə Ağdam klubunun "sambaçı" üçün qarşı tərəfə 1 milyon dollara yaxın təzminat ödəyəcəyini iddia edib. Arxa xətt oyunçusunun "Nautiko" ilə 2023-cü ilin yayınadək müqaviləsi var.
Fanat.Az olaraq, xəbəri dəqiqləşdirmək üçün "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxladıq: "Rhaldney bizə təklif olunan onlarla futbolçudan biri olub. Skautlarımız həmin futbolçuya baxıblar və deyə bilərəm ki, onun transferi bu gün gündəmdə deyil".
Mirağa