Londonun "Barnet" stadionunda Ümumdünya Qaçqınlar Günü-nə həsr olunmuş yoldaşlıq oyunu keçirilib. Qarşılaşma dünyanın müxtəlif ölkələrindən olan qaçqın və məcburi köçkün gənc futboçularla İngiltərənin "Arsenal" klubunun veteran futbolçuları arasında təşkil olunub. 6 min nəfərdən artıq azarkeşin izlədiyi oyun 1:1 hesabı ilə başa çatıb. "Arsenal"ın heyətində Henry Clarke, dünya yığmasında isə Vurğun Həsənzadə fərqlənib. Ümumilikdə, Dünya yığmasının heyətində Azərbaycanın işğal olunmuş bölgələrini təmsil edən 7 gənc və yeniyetmə futbolçu çıxış edib.
Qeyd edək ki, bu oyun dünyanın tanınmış KİV-lərinin diqqət mərkəzində olub. BBC və Sky Sport televiziya kanalları bu qarşılaşma ilə bağlı canlı reportajlar yayımlayıblar.
İdman24.az