Bu gün "Hilton" otelində futzal üzrə UEFA kubokunun yerli və UEFA təşkilat komitələrinin iclası keçirilib. Fanat.az xəbər verir ki, iclasda final mərhələsində mübarizə aparacaq "Barselona", "Dinamo", "Kayrat" və "Araz" klublarının nümayəndələri də iştirak edib. Sonra tədbir iştirakçıları oyunların təşkil olunacağı Sərhədçi İdman Olimpiya Mərkəzinə baxış keçirib.
Qeyd edək ki, bu gün saat 14.30-da "Hilton" otelində futzal üzrə UEFA kubokunun final mərhələsinin püşkatma mərasimi təşkil olunacaq.
Fanat.az