"Qarabağ"ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Polşanın "Lex" klubu ilə keçirəcəyi ev oyununun biletləri sabahdan satışa çıxarılacaq.
Fanat.Az Ağdam klubunun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 5, 10, 20 və 50 manat təşkil edir.
Satış məntəqələri:
Iticket.az-ın satış məntəqələrində (11:00-dan 20:00-dək) və iticket.az-da onlayn satış;
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək)
Tofiq Bəhramov adına Respublika stadionun kassalarında isə biletlər yalnız 15:00-dan satışa çıxarılacaq və 20:00-dək davam edəcək. Digər satış günləri isə 10:00-dan 20:00-dək davam edəcək.
Qeyd edək ki, cavab qarşılaşmaları çərçivəsində keçiriləcək matç iyulun 12-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. İlk oyun iyulun 5-də Poznan şəhərinin eyniadlı stadionunda baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.