Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Araz Naxçıvan"ın qonağı olacaq "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli heyəti açıqlayıb. Fanat.az xəbər verir ki, türk mütəxəssis "Rəvan"la son Premyer Liqa matçına nistəbətən ilk "11-lik"də 3 dəyişiklik edib.
Belə ki, Dənizli 1:2 hesabı ilə məğlub olduqları oyunun start heyətində yer vermədiyi Sadio Tounkara, Rahid Əmirquliyev və Mbilla Etameni bu dəfə ilk dəqiqələrdən meydana buraxacaq. Əvəzində Deyan Blajevski və Ağabala Ramazanov ehtiyatda qalacaq. Zədəsi olan Manuel Skarlatake isə "18-li"yə düşməyib.
Fanat.az