UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ" və "Lex Poznan" arasında keçiriləcək oyuna hakim təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, Bakıda baş tutacaq cavab matçı İngiltərədən olan hakimlər briqadasına tapşırılıb.
Görüşü Endryu Medli idarə edəcək. Ona Daniel Kuk və Harri Leonard köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Simon Huper yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Komandalar arasında ilk oyun isə iyulun 5-də Poznanda baş tutacaq.