12:32 28.06.2022 588

"Əliyar indi bilirsiniz necə sevinir?" - Xaqani Məmmədov

İynun 24-ü AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik ilə yolları ayırdığını açıqlamışdı.

Sabiq FİFA referisi, AFFA Hakimlər Komitəsinin keçmiş sədri Xaqani Məmmədov Fanat.Az-a açıqlamasında AFFA-nın bu qərarına və Ştuxlikin 4 illik fəaliyyətinə münasibət bildirib: 

"Deyirlər gedənin arxası ilə danışmazlar. Amma düşünürəm ki, bu, mənə aid deyil. Azərbaycan futbolunun hakimliyinin düşdüyü acınacaqlı vəziyyətlərlə bağlı danışan hər zaman mən olmuşam. Telekanallarda daima bu məsələlərə münasibət bildirmişəm. Bu 4 ildə Ştuxlikin hansı uğurlu iş oldu ki, onu da müzakirə edək? Yeganə müsbət hakimlərin qonorarlardan əlavə, AFFA-dan maaş da almasıdır. Başqa heç bir irəliləyişdən danışmaq olmaz. Hakimliyimiz yalnız gerilədi. Beynəlxalq aləmdə, UEFA-da qazandğımız nüfuzu itirdik. Bir neçə il bundan əvvəl hakimlərimizin UEFA-dan aldıqları təyinata baxaq və indiki ilə müqayisə edək. Əliyar Ağayev bir mövsümə 8-10 oyun idarə edirdisə, indi heç 7 oyun idarə etmir. Hakimlərimizə qarşı münasibət dəyişib. Frits Ştuxlikin sədrliyi dönəmində sözün əsl mənasında, ciddi problemlər yaşandı... Onun buradakı fəliyyətinə bu qədər məbləğ xərcləndi, buna kim cavab verəcək? Ümumiyyətlə, onun Azərbaycana gəlməsinin səbəbi nə idi? Ştuxlikin bu vəzifəyə gətirilməsinə nə ehtiyac var idi? Xaricdən baş məşqçi, futbolçu gətirmək olar. Amma Hakimlər Komitəsinə rəhbər... Yerli mentaliteti, yerli insanların psixologiyasını, xasiyyətini bilməlisən. Onlarla düzgün şəkildə dil tapmağı bacarmalısan.

Neçə hakimimiz öz işindən uzaqlaşdırıldı? 5-10 metr normativ çatışmazlığına görə referini uzaqlaşdırmazlar. Kənarlaşdırılan hakimlər bu işin içində bişmiş adlar idi: Orxan Məmmədov, Rəhim Həsənov, Ömər Paşayev, Nahid Əliyev və digərləri... Adlarını sadaladığım hakimlər UEFA-da sözlərini demiş referilərdir. Amma Azərbaycanda hakimlikdən uzaqlaşdırıldılar. Bunun əvəzində Ştuxlikin sevimli kadrları ortaya çıxdı. Müşahidələr də göstərdi ki, onlar heç nəyə yaramırlar. Uzaqlaşan hakimlər onun dedikləri ilə çox zaman razılaşmırdılar. Tam obyektiv deyirəm, onlar Ştuxlikdən yaxşı bilirdilər qaydaları. Kim ona irad tuturdusa, dərhal tapşırıq verib onu uzaqlaşdırırdılar. Gənc kadrlar, hakimlikdə tam olaraq "bişməyən" uşaqlar onun dediklərinə qulaq asırdılar və bu səbəbdən irəli çəkilirdilər! Guya nəsil dəyişirdi. Hakimlərimiz qocalıb ki, nəsil dəyişə? Onu da deyim ki, hakimlikdə nəsildəyişmə anlayışı absurddur. İngiltərə Premyer Liqasına baxın... 10-dan çox 50 yaşdan yuxarı hakim oyun idarə edir. Nə olmuşdu Rəhim Həsənova, Orxan Məmmədova? Bunların heç 40 yaşı yox idi. Onların hazırda hakimlik etməsi üçün ən yaxşı vaxtları idi. Və yaxud inspektorlarla bağlı... Onun sevimli kadrları oyuna aşağı qiymət yazanda onlardan raportu dəyişib yüksək qiymət yazmağı tələb edirdi. Bu, cinayət xarakterli əməldir. Özünü final oyununa ispektor yazmışdı. Əsasnaməyə uyğun olaraq, Azərbaycanda hakim-inspektorluq etmək üçün bu ölkənin vətəndaşı olmalısan və yerli dildə sərbəst danışmalısan. Raportu da Azərbaycan dilində yazmalısan. Bunların hansına əməl olunurdu? Heç birinə. Maraqlısı budur ki, belə faktlara məhəl qoyan da olmadı. Hər il UEFA hakimliyin inkişafı üçün 100 min avro vəsait ayırırdı. Bu pullar hara gedirdi? Ölkə xaricində bir dənə olsun təlim-məşq toplanışı olmadı... Hara getdi bəs bu pullar? Onu bu ölkəyə gətirən insanlardan soruşmaq lazımdır bunu. Ştuxlikin maaşına? Əgər belədirsə, deməli, bu da növbəti cinayət idi. UEFA-nın qoyduğu ən əsas şərt hakimliyin regionlardakı inkişafı idi. Konvensiyanın ilk tələbi bu idi. Rayonlarımızda hansı hakim inkişaf etdi? Bizim dövrümüzə baxın və indiki ilə müqayisə edin. APL-də region təmsilçisi cəmi iki nəfərdir: Rəşad Əhmədovla Rəvan Həmzəzadə. Onlarda Bakıda yaşayır, burada da məşq edirlər. Hanı region təmsilçisi? Hansı iş görüldü bu istiqamətdə? 

Əliyar Ağayevə yenidən toxunacam. O, elitar hakimliyin bir addımlığında idi. 4 il ərzində Ştuxlik nə etdi ki, Ağayev həmin kateqoriyaya düşsün? Əliyarın karyerasındakı durğunluq birbaşa Ştuxliklə əlaqəli idi. İmkanı olsa onu da kənarlaşdırardı. UEFA-nın birinci kateqoriyasında idi deyə rezonansdan qorxub bu addımı atmadılar. İnsanı elə dərəcəyə gətirirdilər ki, adam özü iyrənib kənara çəkilirdi. Məcbur edirlər ki, hakim işindən çıxsın. O gəldiyi gündən bəri Əliyarın təyinatları azaldı. Bəs nəyə gəlmişdi? Ştuxlik getdiyi üçün Əliyar indi bilirsiniz necə sevinir?

Frits Ştuxlik hakimlər arasındakı intriqa, davaların yaranmasının səbəbkarı idi. Hərcmərclik müşahidə olunurdu. Kadrlar arasında münaqişə yaratmaqla məşğul idi. Əliyar isə dözməyib sözünü deyirdi və təbii ki, bu da Ştuxlikin xoşuna gəlmirdi.

Son vaxtlar Əliyar hansı oyunları idarə edirdi? "Sumqayıt"ın, "Səbail"in, "Şamaxı"nın matçlarını və sairə. Əsas oyunları verirdi sevimli kadrı olan Elçin Məsiyevə. Nədir ki, o, almanca danışırdı... Yaxşı ki, Əliyar Ağayev işini atıb getmədi. Düşünürəm ki, bundan sonra yaxşı olar. 

Deyillər ki, Əliyarın Yunanıstan çempionatını idarə etməsi uğurdur. Bu Kiros Vassarasın təşəbbüsüdür. Hazırda Rumınya Futbol Federasiyasında Hakimlər Komitəsinin sədridir. Bu sizin uğurunuzdur? Xeyr. 

Məsələn, mən nə edirdim? Xahiş edirdim digər ölkələrdən, yığma komandalar səviyyəsində oyunlar olanda Əliyarı təyin edirdilər. Sağ olsunlar, dəvət edirdilər. Biz isə əvəzində yoldaşlıq oyunu keçirəndə onların kadrlarını dəvət edirdik. Bəs indi? Bu, baş vermir. Ancaq reklamla məşğuldurlar ki, yenilik gətirdik. Nə yenilik? Protokolun elektronlaşdırılması, vəssalam, bu da bunların yeniliyi. Bunu bizim gözümüzə niyə soxursunuz? Onların gəlməyinə bir ay qalmış biz bunu hazırlayırdıq. Sadəcə olaraq gəlib hər şeyi alt- üst etdilər. Protokolun elektronlaşdırılması uğurdur? Bununla hakimlik inkişaf etdimi? Xeyr! 

Bizim vaxtımızda problem olan kimi klub rəhbərləri hücum çəkirdi komitənin üstünə. İndiki klub sahiblərinin "başını kəsirlər" səsləri çıxmır. Qorxurlar, çünki baş katib tapşırıb ki, heç kim hakimlikdən danışmasın". 

Məmmədovun fikrincə, Ştuxlik AFFA-dan iki səbəbə görə uzaqlaşdırılıb: 

"Məncə, onun AFFA-dan göndərilməsində iki səbəb var. Birincisi, hakimlikdəki aşkar geriləmədir. Digəri isə böyük ehtimalla, maddiyatla bağlı olan problemdir. Ona fantastik məbləğdə pullar ödənilirdi. Hərə bir rəqəm deyir, mən dəqiq bilmirəm. Amma ona kifayət qədər yüksək məbləğ ödənilirdi. İki ildir VAR-dan söhbərt gedir. Baxmayaraq ki, bu sistem mürəkkəb bir işdir, amma yenə də bu istiqamətdə heç bir irəliləyişə nail olmamışıq. Mən sizə bir şeyi də açıq deyim. Onu heç bir nüfuzu yox idi. Özü haqda bəzi faktları özü fikirləşirdi. Qısası, məncə, qovulmasına səbəb qeyd etdiyim bu iki faktordur. 

Sabiq referi boş qalmış Hakimlər Komitəsinin sədri postuna namizədlərlə bağlı sualı da cavablandırıb: 

"Birmənalı olaraq yerli kadr lazımdır. İdarəçiliyi bacaran, peşəkar hakimə ehtiyac var. Yəni FİFA və UEFA-nın gündəlik tələblərini həyata keçirə bilən bir mütəxəssis olmalıdır. Azərbaycanda da belə mütəxəssislər var.

Məşqçilər kimi, hakimlliyi də "qurutdular"... Guya bizdə mütəxəssis yoxdur. Niyə yoxdur? "A" kateqoriyası olan adamı Premyer Liqa komandasına baş məşqçi təyin edirlər... Məşqçi yoxdur? Eləcə də hakimlər. HK sədri olacaq adam hakimlikdən uzaqlaşdırılan referiləri geri qaytarıb rəqabət yaratmalıdır. Rəqabət olmasa, hakimlik inkişaf etməyəcək. İnspektorlar var, Orxan Məmmədov, Ömər Paşayev... Bir şey ki, onlar baş hakimdən gəncdirlər. Ömər Paşayev Əliyar Ağayevə nə qiymət verəcək? Hakimə qiymət vermək üçün ondan qat-qat savadlı, təcrübəli olmalısan. Dünya praktikasında belədir ki, hakim-inspektor təyinatı 45 yaşdan aşağı şəxslərə verilmir. Bu istiqamətdə də dərhal dəyişikliklər olmalıdır". 

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
01:06

Zamiq Albaniya çempionu oldu

00:44

İtaliya A Seriyası: "Fiorentina"nı da evə xalsız göndərdilər, "Roma"nı da

00:25

Konfrans Liqasının finalına hakim təyinatları açıqlandı

00:07

Türkiyə Super Liqası: Kardozo het-trik etdi, komandası qazandı

12 May 2025
23:37

Avropa Liqasının finalı almana tapşırıldı

23:09

Rafinyanın "Barselona"dakı aqibəti necə olacaq? - SON DURUM

22:52

Türkiyə klubunda gözlənilməz ayrılıq - Çempion məşqçini istefaya göndərdilər

22:27

Simeone "Napoli"dən ayrılır, İtaliyadan yox

21:50

Ranyerini bu iki mütəxəssisdən birinin əvəzləyəcəyi dəqiqləşdi - ADLAR

21:15

Əvəzedicilər Liqası: Tura 10 qolla yekun vuruldu

20:42

"Qarabağ"ın məşqçisi UEFA-nın kursunda təlimatçı qismində iştirak etdi

20:14

Azərbaycan millisi iki yoxlama oyununa çıxacaq

19:40

Vaqif Cavadovun yerini o tutacaq

19:10

ÇL-in finalını idarə edəcək hakimlərin adları açıqlandı

18:37

Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ

18:13

"Qarabağ" rəsmisi UEFA Akademiyasının kursuna qatıldı

18:02

Ançelotti rəsmi müqaviləyə imza atdı - Bu tarixdə "Real"ı tərk edəcək

17:51

Azərbaycanın güləş milliləri bölgələrdə toplanış keçəcəklər

17:34

"Milan"ın yarımmüdafiəçisi İngiltərə nəhənginə transfer olunmağa yaxındır

17:03

Mbappenin etdiyini XXI əsrdə heç bir "Real"lı edə bilməmişdi

16:44

"Skudettonun taleyi bizim əlimizdə deyil" - Simone İnzaqi

16:26

Fransa nəhəngi "Arsenal"ın müdafiəçisini istəyir

16:08

"Bu, biabırçılıqdır, biabırçılıq" - Sabiq "Real"lı Vinisiusu qınadı

15:50

Ukrayna tarixinin "ən yaxşı"sı Özbəkistana qayıdır

15:31

Gimnastlarımız Polşada 17 medal qazandılar

15:13

"Sumqayıt" Vaqif Cavadovu istefaya göndərdi - RƏSMİ

14:38

"Barselona"nın saxlamaq istədiyi hücumçu qərarını verdi - Gedir?

14:19

"İnter" braziliyalı vingerin transferini bu tarixədək tamamlamaq istəyir

14:02

"Son iki addım əvvəl ağlımızdan da keçməyən hədəf anlamındadır" - Antonio Konte

13:44

Şafranko "Sabah"ın tarixinə düşdü

13:26

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

13:08

Cavadovun mesajı, Rəfiyevin inadı

12:50

"Bəli, Sadio ilə aramızda müəyyən gərginlik var idi" - Məhəmməd Salah

12:32

"Aston Villa"da oynadığım günlər üçün darıxıram" - "Yuventus"un futbolçusu

12:14

“Qarabağ”ın kapitanı yubiley oyununa çıxdı, tarixdə 6-cı futbolçu oldu

11:57

Xabi Alonsonun "Real Madrid"ə keçəcəyi tarix bəlli oldu

11:38

Azərbaycan cüdoçularından Sloveniyada 2 medal qazandılar

11:20

Ançelotti "Barselona"ya məğlubiyyəti şərh etdi - "Hər kəs bizə istədiyi qiyməti verə bilər"

11:01

"Turan Tovuz" "40"-a çatdı

10:43

Premyer Liqada 3 oyun eyni vaxtda başlayacaq

Facebookdan bizi izləməyi unutmayın.
X