Basketbol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Maltada təşkil olunan kiçik ölkələrin Avropa çempionatında bu gün ilk oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, A qrupunda yer alan yığma I turda ev sahibləri ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Aleksandar Trifunoviçin rəhbərlik etdiyi kollektiv iyunun 29-da Andorra ilə üz-üzə gələcək.
Kiçik ölkələrin Avropa çempionatı
A qrupu, I tur
20:00. Azərbaycan - Malta
Qeyd edək ki, digər qrupda San-Marino, Ermənistan və Cəbəllütariq komandaları mübarizə aparacaqlar.