Bu gün futzal üzrə UEFA Kubokunun Dördlər Finalının püşkatma mərasimi keçirilib. Fanat.az xəbər verir ki, "Hilton" otelində baş tutan mərasimdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezidenti Elşad Nəsirov, baş katibi Elxan Məmmədov, millimizin baş məşqçisi Berti Foqts və digər şəxslər iştirak edib.
Püşk Azərbaycan çempionu "Araz"ı yarımfinalda "Barselona"ya rəqib edib. Digər yarımfinal qarşılaşması isə turnirin son qalibi "Kayrat"la (Qazaxıstan) "Dinamo" (Moskva, Rusiya) arasında keçiriləcək.
Fanat.az