Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın turnirin I təsnifat mərhələsindəki rəqibi "Lex" 22 yaşlı futbolçu ilə güclənəcək.
Fanat.Az "Sport İnteria" saytına istinadən xəbər verir ki, bu, İsveç millisinin və "Rosenburq" klubunun müdafiəçisi Pavle Vaqiçdir.
Transfer tamamlanmaq üzrədir və Vaqiç tezliklə Polşa klubunun futbolçusu olacaq.
Norveç mətbuatının məlumatına görə, transferin məbləği 1 milyon avro təşkil etməlidir.
Emin