"Neftçi" Futbol Akademiyasına yeni texniki direktor gətirəcək.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, tanınmış türkiyəli mütəxəssis, "Qəbələ” Futbol Akademiyasının sabiq baş məşqçisi Halim Fıçıcı paytaxt klubunda məhz bu posta təyin olunacaq.
"Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev saytımıza açıqlamasında Fıçıcının sözügedən posta namizəd olduğunu təsdiqləyib:
"Namizədlərlə bağlı hələ tam qərar verilməyib. Hazırda 2-3 namizəd var. Halim Fıçıcı ola da bilər, olmaya da. Danışıqlar gedir. Rəsmiləşmədiyi üçün ad çəkməyim doğru olmaz. Yaxın günlərdə qərar veriləcək".
Mirağa