Azərbaycan Kubokunda mövsümün 50-ci qolu vurulub. Fanat.az xəbər verir ki, yubiley topu Naxçıvanda qeydə alınıb.
Belə ki, turnirin 1/16 final mərhələsində 17, 1/8 finalında 30 top vurulmuşdu. Bu gün saat 15.00-da başlayan "Rəvan" - "Bakı" matçının 28-ci dəqiqəsində Cavid Hüseynov 48-ci qola imza atıb. Eyni saatda başlayan "Araz Naxçıvan" - "Xəzər Lənkəran" qarşılaşmasının 69-cu dəqiqəsində qonaqların oyunçusu Alvaro Silva qol sayını 49-a çatdırıb. 90+2-ci dəqiqədə isə penaltini dəqiq yerinə yetirən "Araz Naxçıvan"ın futbolçusu Tərlan Xəlilov 50-ci qolun müəllifi olub.
Fanat.az