2022/2023 mövsümündə Azərbaycanı "Çağırış Kuboku"nda təmsil edecək qadın voleybolçulardan ibarət “Azərreyl” klubunun rəqibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, mübarizəyə 1/32 finaldan başlayacaq komandamız Slovakiya “Slovan”ı ilə qarşılaşacaq.
İlk matçlar noyabrın 22-si və 24-də, cavab qarşılaşmaları isə noyabrın 29-dan dekabrın 1-dək keçiriləcək. Superliqanın vitse-çempionu ilk oyununu səfərdə keçirəcək.