Azərbaycanın iki yunan-Roma güləşçisi İtaliyanın paytaxtı Romada keçirilən U-20 Avropa çempionatının qalibi olub.
Fanat.Az xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Nihad Quluzadə finalda rumıniyalı Denis Mihaya 10:1 hesabıyla qalib gələrək qitə birinciliyinin qızıl medalını qazanıb.
87 kiloqram çəki dərəcəsində yer alan Laçın Vəliyev isə həlledici görüşdə Rumıniyanın digər təmsilçisi Patrik Qordanla üz-üzə gəlib və rəqibini 3:1 hesabı ilə yenərək yarışın baş mükafatına sahib çıxıb.