"Dördlər finalı"na vəsiqə qazanan bütün komandalar güclüdü. “Kayrat” ötən il UEFA Kubokunu qazansa da, “Barselona”nın hazırda daha yaxşı formada olduğunu düşünürəm”. Fanat.az xəbər verir ki, bu sözləri futzal üzrə “Araz” klubunun baş məşqçisi Joze Alesio Da Silva UEFA Kubokunun “Dördlər finalı”ndakı ilk rəqibi barədə danışarkən deyib.
Braziliyalı mütəxəssis “Barselona”ya qalib gəlməyin mümkünlüyünü vurğulayıb. İspaniya təmsilçisinin rəsmisi Xavi O Kallagen isə “Araz”ın ev sahibi olması səbəbindən yarımfinal matçının çətin alınacağını deyib. O, qalib gəlməyə çalışacaqlarını vurğulayıb.
Aprelin 24-də keçiriləcək digər yarımfinal görüşündə Qazaxıstan “Kayrat”ı ilə Rusiyanın “Dinamo” (Moskva) komandaları qarşılaşacaq. “Kayrat”ın rəsmisi Adil Şarikpulov ötən ilki nailiyyəti yenidən təkrarlamaq istədiklərini vurğulayıb. “Dinamo” klubunun baş direktoru Qalina Danilkina isə keçmiş SSRİ məkanında keçirilən bütün yarışlar haqda yüksək fikirdə olduğunu bildirib. Hər iki klub Bakıda azarkeş dəstəyinə ümid etdiklərini söyləyib. Danilkina deyib ki, “Dinamo”nun komandanı hər yerdə dəstəkləyən yaxşı azarkeşləri var: “2 il öncə İspaniyaya 100-dək, ötən il isə Gürcüstana nisbətən az tərəfdarımız getmişdi. Bakıya isə daha çox - 150-dək azarkeşin gələcəyinə inanırıq. Çünki “Dinamo”nu Bakıda da sevirlər”.
Sarikpulov da Qazaxıstandan təqribən bu qədər azarkeşin Bakıya gələcəyini gözlədiklərini söyləyib.
Qonaqlar Bakıdakı şəraitdən razılıq ifadə etməyi də unutmayıblar. “Buradakı şərait çox yaxşıdır. Qonaqpərvərlik sizin ənənənizdir” - deyə, Danilkina vurğulayıb.
lent.az