Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi "Dinamo Zaqreb" növbəti sınaq matçı keçirib.
Fanat.Az xəbər verir ki, Xorvatiya çempionu "Nafta" komandası ilə qarşılaşıb.
Oyun "Dinamo"nun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Mahir 46-cı dəqiqədə meydana daxil olub və sonadək mübarizə aparıb. Komandasının sonuncu qolunu da 83-cü dəqiqədə Emreli vurub.