Qadın həndbolçular arasında 2023-cü ildə keçiriləcək dünya çempionatının I təsnifat mərhələsinin püşkü atılıb.
Fanat.Az xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada keçirilən mərasimdə Azərbaycan millisinin də rəqibi müəyyənləşib. Yığmamız bu mərhələdə Portuqaliya ilə qarşılaşacaq.
İlk görüş noyabrın 2-si və ya 3-də Bakıda, cavab matçı 1 həftə sonra səfərdə olacaq.
Qeyd edək ki, I təsnifat mərhələsində 18 komanda mübarizə aparacaq. 9 cütün qalibi pley-offa yüksələcək.