"Qarabağ"ın UEFA Çempionlar Liqasındakı rəqibi "Lex" nəhayət transfer işlərinə başladı".
Fanat.Az xəbər verir ki, bu sözləri polşalı jurnalist David Tsitrovski "Radiopoznan" saytında yazıb.
Poznan klubunun transfer hədəfləri barədə yazılanları təqdim edirik:
"Portuqaliyanın U 21 millisinin yarımmüdafiəçisi 21 yaşlı Afonso Sousa artıq "Lex"ə qoşulmaq üçün Polşanın paytaxtındadır. 21 yaşlı gürcü vinger Giorgi Çitaişvili də "Lex"lə müqavilə imzalamağa yaxındır. Komanda Çempionlar Liqasında mübarizə ərəfəsində heyətini gücləndirməyə çalışır. Görəsən kifayət qədər vaxt olacaqmı? “Qarabağ”la oyun artıq çərşənbə axşamı baş tutacaq. "Lex"in keçirdiyi sınaq oyunları isə heç də nikbin gələcək vəd etmir".
Emin