15:09 30.06.2022 604

"Sumqayıt"ı tərk edə bilərəm" - Vüsal İsgəndərli

"Sumqayıt"ın yay transfer fasiləsində hələ ki ilk və yeganə transferi Vüsal İsgəndərlidir. Ötən mövsümü Türkiyədə keçirən yarımmüdafiəçi may ayında düşərgəsinə qoşulub məşq etdiyi hazırki komandası ilə münasibətlərini iki gün əvvəl rəsmiləşdirib.

Fanat.Az "Keçiörengücü"nün keçmiş futbolçusunun "gənclik şəhəri" təmsilçisinə keçidi ilə bağlı təəssüratlarını ötrənib: 

"Sumqayıt"a keçidimlə bağlı təəssüratlarım çox yaxşıdır. Sağ olsunlar, buraya gəldiyim gündən qapını üzümə açdılar. Məşqlərimi davam etdirməyim üçün şərait yaratdılar. Avropanın bir neçə ölkəsindən olan klublarla, həmçinin Türkiyə təmsilçiləri ilə danışıq aparırdıq. Əfsuslar olsun ki, uğursuz nəticələndi. Danışıqlar uğurlu gedəcəyi halda, klubun düşərgəsini tərk edəcəkdim. Bunu da anlayışla qarşıladılar ki, onlara minnətdaram. Evdə oturub gözləsəydim, formadan düşəcəkdim. Həm də gələcək karyeramda çətinliklər yarana bilərdi. Sözləşməm elədir ki, xaricdən təklif gəlsə, gedəcəyəm və müqaviləyə xitam veriləcək". 

26 yaşlı yarımmüdafiəçi Türkiyə klubundan ayrılığının pərdəarxası məqamlarını da açıqlayıb: 

"Keçiörəngücü"dən ayrılmağımın səbəbi maddiyatla bağlıdır. Problemlər ötən qışdan başladı. O vaxt kifayət qədər yaxşı təkliflərim var idi. Ancaq klub mənə onları dəyərləndirməyə, maraqlanmağa icazə vermədi. Həm də mən maaşımı dollarla alırdım. Həmin valyutanın qalxmasından sonra onlara mənimlə işləmək sərf etmədi. Yenidən Azərbaycana dönməyimə baxmayın, ilk fürsətdə yenə legioner həyatı yaşamağa çalışacağam. Təsadüfi deyil ki, "Sumqayıt"la müqaviləmdə də qeyd olunub ki, xaricdən təklif gələrsə, komandanı tərk edə bilərəm".

İsgəndərli "Sumqayıt"a sırf milliyə düşmək arzusunu reallaşdırmaq üçün keçmədiyini dilə gətirib: 

"Türkiyədə sizin də gördüyünüz kimi, qol da vururdum, məhsuldar ötürmələrim olurdu, əsas heyətdə müntəzəm oynayırdım. Bir sözlə, əlimdən gələni edirdim. Bununla belə, milliyə çağırılmadım. "Sumqayıt"a gəlməyim təkcə milliyə düşmək üçün deyil. Mən klubuma faydalı olmaq üçün buradayam. Təbii ki, belədə, formada olacağam. Ondan sonrası artıq millinin məşqçilər korpusunun insafına qalır". 

Təcrübəli yarımmüdafiəçi növbəti mövsüm Azərbaycan Premyer Liqasının rəqabətli keçəcəyini proqnozlaşdırır: 

"Onu deyim ki, üzümüzə gələn mövsüm olduqca gərgin və maraqlı keçəcək. "Qarabağ"a layiqli rəqiblər yetişir və onların sayı çoxalır. "Sabah"ın etdiyi transferlər də bunu deməyə əsas verir. "Neftçi", "Qəbələ", həmçinin "Zirə" bəlli məsələdir. "Səbail" də bu il iddialı olacaq. Etdiyi transferlər bundan xəbər verir. Keçmiş klubum "Şamaxı"nı da siyahıdan silmək olmaz. Region təmsilçilərimizdən ən baxımlı futbol oynayan "Kəpəz" və "Turan Tovuz" da mübarizəsini Premyer Liqada davam etdirəcək. 

"Sumqayıt"a gəlincə, klub legionerlərin transferinə icazə verdi ki, bu, yenilikdir. Bildiyimə görə, yaxşı oyunçular alınacaq, yaxşı kollektiv formalaşacaq. Elə indi də heyətdə güclü futbolçular var. Komandada yerli oyunçu kifayət qədərdir. Sadəcə, legionerlərin gəlişi ilə rəqabət güclənəcək. Düşünürəm ki, "Sumqayıt"da transfer çalışmaları yaxşı gedir. Yəqin irəlidəki günlərdə transferlər açıqlandıqca özünüz buna şahid olacaqsınız. Əsas odur ki, yeni oyunçular komandamıza əlavə güc qatsın

Yəni bütün bu dediklərimi ümumiləşdirsəm, növbəti mövsüm çempionatda rəqabət adət etdiyimizdən çox olacaq. Oyun sayının 36-ya yüksəlməsi əlavə xallar qazanmaq şansını da artırır". 

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

10:04

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

"Araz-Naxçıvan"ın rəqibi son oyununda 2 qol vurub uduzdu

09:23

PSJ "Real Madrid"i belə "döyüb" finala çıxdı - VİDEO

09:00

Avropa Liqası: "Sabah" Sloveniya təmsilçisinə qarşı

01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

Facebookdan bizi izləməyi unutmayın.
X